Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Livanın baş naziri Nəcib Mikati ilə telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezidenti Administrasiyası yanında Kommunikasiya Departamentinin məlumatında deyilir.
Xəbəri “Anadolu” verib.
Dövlət başçısı ötən gün Livanda törədilən hücumla bağlı başsağlığı verib. Türkiyə lideri hadisə nəticəsində həlak olanlara Uca Yaradandan rəhmət, yaralananlara isə şəfa diləyib.
Türkiyə prezidenti İsrailin münaqişələri regiona yaymaq cəhdlərinin son dərəcə təhlükəli olduğunu vurğulayıb. O, Ankaranın İsrail təcavüzünə son qoymaq üçün səylərini davam etdirəcəyinə əmin edib.
P.ƏMİRCANOV
XQ