“İblis dənizi” gəmi ovlayır

post-img

Okeanların qorxulu sirlərindən danışdıqda ağlımıza, ilk növbədə, Sakit okeanda yerləşən “Bermud üçbucağı” gəlir. O, həqiqətən, yüzlər­lə həyatı məhv edən çox sirli yerdir. Amma eyni dərəcədə qorxulu sayılan daha bir yer də var. Çox az adam bu barədə eşidib. Həmin təhlükəli yer “Şeytan üçbucağı” adı alıb.

Bəzən buna “İblis dənizi” də deyirlər. Sakit okeanda, Yaponiya yaxınlığında (Miyakeçima adasının ətrafındakı sular) yerləşir. “Bermud üçbucağı”nda olduğu kimi, bura­da da çox sayda gəmi yoxa çıxıb. “İblis dənizi” o qədər gəmiləri udub ki, hətta “Bermud üçbucağı”nın qorxulu şöhrəti onun reputasiyasına uduzur. Bu məkrli sularda Yaponiyanın hərbi gəmilərindəki 700-ə yaxın insan itkin düşüb. Onların yoxa çıxmasının səbəbi indiyə qədər də sirr olaraq qalır.

Mütəxəssislər bir sıra versiyalar irəli sürürlər. Lakin bir məşum hadisədən sonra bu ərazinin araşdırılması da­yandırılıb. Bu anomal zonanın sirlərini öyrənməyə gedən bir qrup mütəxəssis izsiz yoxa çıxıb. Ufoloji ədəbiyyatda “İblis dənizi”ndə kabus-gəmilərin və naməlum uçan ob­yektlərin peyda olduğuna dair iddialara rast gəlmək olar.

PÜNHAN
XQ

Dünya