Yağmursuz bir gün

post-img

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi göz­lənilir.

Milli Hidrometeorologiya Xidmətindən mətbuata ve­rilən məlumata görə, şimal-şərq küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 20–25° isti, gündüz 31–36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70–75 faiz, gündüz 40–45 faiz olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə arabir du­man olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 18–23°, gündüz 32–37°, dağlarda gecə 11–16°, gündüz 20–25° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya