Putin Vladibostokda Çin və Serbiya rəsmiləri ilə müzakirələr aparıb

post-img

Birgə səylər sayəsində Çin və Rusiya arasında münasibətlər görünməmiş dərəcədə yüksək səviyyəyə çatıb. Bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadi Forumu (EEF-2024) çərçivəsində Çin Xalq Respublikasının sədr müavini Han Çjen ilə görüşündə deyib. Məlumatı “Anadolu” verib.

Rusiya prezidenti, həmçinin qeyd edib ki, Kazanda keçiriləcək BRİKS sammitinə Çin sədri Si Cinpinin gələcəyini gözləyir.

Çin Xalq Respublikası sədrinin müavini qeyd edib ki, “Çin-Rusiya hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələri yüksələn xətt üzrə inkişaf etməkdə davam edir”.

Rusiya prezidenti Serbiya Baş nazirinin müavini Aleksandr Vulin ilə də görüşüb. Putin ölkələr arasında münasibətlərin “dərin tarixi kökləri” olduğunu, rus və serb xalqlarının mənəvi yaxınlığını qeyd edib.

O qeyd edib ki, “Rusiya Serbiyanın enerji resursları ilə təmin olunmasında mühüm rol oynayır” və “bunu çox düzgün edir, yüksək səviyyədə, hər şey vaxtında, Serbiya üçün yaxşı, çox yaxşı şəraitdə edilir”.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya