Türkiyə prezidenti misirli həmkarı ilə görüşüb

post-img

Çərşənbə günü, sentyabrın 4-də Misir prezidenti Əbdülfəttah əs-Sisi Türkiyənin paytaxtı Ankaraya səfərə gəlib. Məlumatı “Anadolu” yayıb. 

Hörmətli qonağı Esenboğa hava limanında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qarşılayıb. Mərasimdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, Ankara valisi Vasip Şahin və digər rəsmi şəxslər iştirak ediblər.

Esenboğa Hava Limanında Fəxri Zalda qısa söhbətdən sonra liderlər bir avtomobillə Prezident Kompleksinə yollanıblar. 

İkitərəfli danışıqlardan sonra Türkiyə və Misir prezidentləri Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak edəcəklər.

Bundan sonra ikitərəfli sazişlərin imzalanması mərasimi və birgə mətbuat konfransı keçiriləcək.

Türkiyə prezidenti adından Misir prezidentinin şərəfinə rəsmi şam yeməyi veriləcək.

  

P.ƏMİRCANOV

XQ

 

Dünya