Bu gün NATO-Ukrayna Şurası çağırılır

post-img

NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin tələbi ilə avqustun 28-də səfirlər səviyyəsində NATO-Ukrayna Şurasını çağıracaq. Görüş barədə Şimali Atlantika blokunun mətbuat katibi Farah Dahlalla məlumat verib. Xəbəri “Anadolu” yayıb. 

Onun sözlərinə görə, Ukraynanın müdafiə naziri Rustem Umerov videobağlantı vasitəsilə müttəfiqlərini döyüş meydanındakı vəziyyət və Ukrayna qoşunlarının prioritet ehtiyacları barədə məlumatlandıracaq: “Görüş Rusiyanın son vaxtlar Ukraynanın mülki əhalisinə və infrastrukturuna intensiv hücumları səbəbindən keçirilir”.

NATO-Ukrayna Şurası keçən il alyansla Kiyev arasında daha sıx koordinasiyanı təmin etmək üçün yaradılıb. 

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın 26 avqustda həyata keçirdiyi hücumları ölkəyə qarşı “ən kütləvi hücumlardan biri” adlandırıb.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya