Hindistanın baş naziri Moskvada səfərdədir

post-img

Hindistanın baş naziri Narendra Modi iyulun 8-də Moskvaya gəlib. Hindistan baş nazirinin təyyarəsi Vnukovo-2 hava limanına enib. Məlumatı “İzvestiya.ru” verib. 

Modinin Rusiyaya rəsmi səfəri iyulun 8-9-da baş tutacaq. Moskvaya uçmazdan əvvəl Hindistan hökumətinin başçısı jurnalistlərlə “dostu, Rusiya prezidenti Vladimir Putin” lə görüşməyi səbirsizliklə gözlədiyini söyləyib.

Baş nazirin Rusiya Federasiyasına səfəri onun yenidən seçildikdən sonra xaricə ilk səfəri olub. 

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov iyulun 6-da Putin və Modi arasında dar və geniş formatda danışıqlar aparılacağına aydınlıq gətirib. Onların qeyri-rəsmi şəraitdə ünsiyyət qurması da mümkündür. Peskov Hindistan baş nazirinin səfərinin gündəmini çox zəngin adlandırıb. Gözlənilir ki, görüş zamanı iki ölkə liderləri ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edəcəklər.

P.ƏMİRCANOV
XQ

Dünya