Fransızlar ölkənin iqtisadi gələcəyinə inamsız yanaşırlar

post-img

İyulda fransızların iqtisadi əhval-ruhiyyəsi -6 indeks civarında tənəzzül edib. Fransızların 78 faizi ölkələrinin iqtisadi vəziyyətinin gələcəyinə inamsız olduqlarını deyirlər.

AZƏRTAC xəbər verir ki, Odoxa ictimai rəy mərkəzinin fransızlar arasında keçirdiyi sosial sorğuya görə, qanunvericilik seçkilərində ilk 3 əsas partiyanın (ifrat sağçılar, solçular allyansı və makronistlər) hər birinin qələbəsi ölkənin vəziyyətinə, xüsusilə də, onun alıcılıq qabiliyyətinin təkamülü, məşğulluq və ya dövlət borcunun azaldılması kimi qlobal iqtisadi vəziyyətinə mənfi təsir göstərəcək.

Öz şəxsi iqtisadi vəziyyətlərinə gəlincə, fransızlar düşünürlər ki, üç partiyadan hər birinin qələbəsi onlar üçün müsbətdən daha çox mənfi rol oynayacaq. Respondentlərin fikrincə, Milli Birlik digərlərindən daha az təhlükəlidir.

Fransızların 41 faizi ifrat sağçıların qələbəsinin özləri üçün müsbət nəticələr verəcəyini, 55 faizi isə mənfi olacağını düşünür. Yalnız 36 faiz makronçuların, 34 faiz isə Yeni Xalq Cəbhəsinin müsbət nəticə olacağını bildirib. 63 faizin fikrincə, Yeni Xalq Cəbhəsinin qələbəsi onlar üçün mənfi olacaq.

Fransızların 38 faizi Milli Birlik partiyasının qələbəsinin nəticələrinin ölkə iqtisadiyyatı üçün mənfi olacağını düşünür. 45 faizi isə vəziyyətin dəyişməyəcəyini hesab edir.

Yalnız sorğuda iştirak edən fransızların 21 faizi düşünür ki, solçular alyansının qələbəsi heç bir iqtisadi nəticə verməyəcək. 58 faiz fransız seçkilərin ölkə iqtisadiyyatına mənfi nəticələr verəcəyinə əmin olduğunu bildirib.

Fransızlar alıcılıq qabiliyyəti, məşğulluq, dövlət borcu və büdcə kəsirinin azaldılması ilə bağlı səmərəli iqtisadi siyasət baxımından ən çox ifrat sağçılara etibar edirlər.

Dünya