Rusiya və Britaniya diplomatları ilkin mərhələdə Avrasiyada yeni ümumi təhlükəsizlik arxitekturasının yaradılması məsələsini müzakirə ediblər. Bu barədə Londondakı səfir Andrey Kelin "Sky News"a müsahibəsində bildirib.
O qeyd edib ki, yaxın illərdə “iki çox ciddi tənzimləmə” ola bilər.
“Onlardan birincisi Ukrayna ilə bağlıdır. İkincisi Avrasiya qitəsində daha geniş təhlükəsizlik təşkilatını təmsil edəcək. Bu hələ də qeyri-müəyyən bir fikirdir, lakin biz onun üzərində işləməyə başlayırıq. Mən bunu artıq Londonda yüksək səviyyəli Xarici İşlər Nazirliyinin rəsmiləri ilə müzakirə etmişəm. Təbii ki, onlar buna hazır deyillər, mən tam başa düşürəm”, - deyə Kelin bildirib.
Onun sözlərinə görə, Avro-Atlantik təhlükəsizlik sistemi “işləmədi” və bu, mövcud olandan fərqli daha geniş sazişin yaradılması zərurətini şərtləndirir.
“Biz təkcə sabah haqqında deyil, həm də 5-15 ildən sonra nə baş verəcəyini düşünməliyik”, - deyə səfir yekunlaşdırıb.
S.ELAY
XQ