Qahirədə keçirilən konfrans nəticəsində Misir və Aİ arasında ümumi dəyəri 67,7 milyard avro olan 35 saziş imzalanıb. Bu barədə Misirin baş naziri Mustafa Madbuli məlumat verib. Xəbəri “Anadolu” yayıb.
Ötən həftəsonu keçirilən konfransda Misir prezidenti Əbdülfəttah əs-Sisi, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Misirin baş naziri Mustafa Madbuli iştirak ediblər.
Avropa İttifaqının Qahirədəki nümayəndə heyətinin bəyanatında deyilir ki, konfrans “2024-cü ilin martında Misir və Avropa İttifaqı arasında siyasi və iqtisadi sahədə razılaşdırılmış strateji və hərtərəfli tərəfdaşlığın ilk mühüm nəticələrindən biridir”.
Misir prezidenti konfransdakı çıxışında ölkəsi ilə Aİ arasında əməkdaşlığın müxtəlif istiqamətlərində əlaqələrin inkişaf etdiyini bildirib.
Əl-Sisi xatırladıb ki, ötən ilin martında siyasi bəyannamə imzalanıb, onun məqsədi iki tərəf arasında münasibətləri strateji və hərtərəfli tərəfdaşlıq səviyyəsinə qaldırmaqdır.
P.ƏMİRCANOV
XQ