Minlərlə çinli tərtibatçı, İT mütəxəssisi və mühəndis Hindistana viza almaqda çətinlik çəkir. Bu barədə "Financial Times" (FT) yazır. Hindistan Mobil və Elektronika Assosiasiyasının rəhbəri Pankaj Mohindru-nun sözlərinə görə, son iki-üç il ərzində Çinli mütəxəssislərin Hindistan vizaları üçün minlərlə müraciəti rədd edilib. Bir çox mütəxəssis rədd edilməkdən qorxaraq, ümumiyyətlə, müraciət etməyib. Vizaların verilməsinə cavabdeh olan Hindistan Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyi bu məlumatı şərh etməyib.
Çin Hindistanın ən böyük ticarət tərəfdaşıdır, iki ölkə arasında münasibətlər həll olunmamış ərazi mübahisələri səbəbindən çətin olaraq qalır. 2020-ci ildə Hindistan hakimiyyəti COVID-19 pandemiyası fonunda və Himalay dağlarında Çinlə sərhəd toqquşmaları səbəbindən ölkədəki Çin bizneslərinə ciddi məhdudiyyətlər qoyub.
Son illərdə Hindistan fəal inkişaf edən texnologiya mərkəzlərindən birinə çevrilib - Qərb korporasiyaları Hindistanın İT mütəxəssislərini cəlb edir, Hindistan şirkətləri fəal şəkildə inkişaf edir. Eyni zamanda, bir çox yerli şirkətlər istehsala başlamaq üçün Çindən mütəxəssislər cəlb edir və s.
P.Mohindru deyir: “Elektronika sektorunun inkişafı üçün kritik əhəmiyyət kəsb edən ixtisaslı işçilərin axını dayanıb, hətta illərdir ABŞ-da eyni şirkətlərdə işləyən Çin vətəndaşları da viza almaqdan imtina edirlər. Bu, təkcə Çinə deyil, Hindistanda imkanlarını genişləndirən Amerika, Britaniya, Tayvan, Yapon və Hindistan şirkətlərinə də təsir edir”.
S.ELAY
XQ