Zelenski pilotsuz qoşunların yaradılmasını təsdiqləyib

post-img

Ukrayna prezidenti Vladimir Zelenski yeni qoşun növünün - Pilotsuz Sistem Qüvvələrinin yaradılması haqqında fərman imzalayıb. Bölmə əsas diqqəti pilotsuz və robotlaşdırılmış hava, dəniz və quru sistemlərinə yönəldəcək.

Cənab Zelenski hökumətə müvafiq təklifi Ali Radaya təqdim etməyi tapşırıb.

Vladimir Zelenski hələ fevral ayında Ukrayna Silahlı Qüvvələrində Pilotsuz Sistem Qüvvələrinin yaradılması barədə göstəriş verib. O qeyd edib ki, yeni qoşun növlərinin fəaliyyəti “gələcək məsələsi deyil”, “yaxın gələcəkdə çox konkret nəticə verməlidir”. Onun fikrincə, pilotsuz təyyarələr “Qara dənizdəki vəziyyəti dəyişib” və əsasən “yerdəki hücumları dəf etmək” üçün istifadə olunan pilotsuz təyyarələrdir.

S.ELAY

XQ

Dünya