Türkiyə-Rumıniya-Polşa üçtərəfli görüşü keçiriləcək

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə, Rumıniya və Polşa arasında üçtərəfli görüşdə iştirak etmək üçün çərşənbə günü, iyunun 26-da Polşaya səfər edəcək. Məlumatı “Anadolu” verib. 

İyunun 26-da Varşavada keçiriləcək toplantıda 9-11 iyul tarixlərində Vaşinqtonda keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Sammitinə hazırlıq, NATO regionunda mövcud təhlükəsizlik çağırışları və onların həlli üçün atılacaq addımlar müzakirə olunacaq.

Görüşdə həmçinin Rusiya-Ukrayna müharibəsi və İsrailin Qəzza zolağına hücumları ilə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir.

Görüşlər zamanı Fidanın müdafiə sənayesindəki sanksiyaların, məhdudiyyətlərin və maneələrin aradan qaldırılmasının vacibliyini təkrarlayacağı və Vilnüs sammitində müttəfiqlərdən öhdəliklərini yerinə yetirmələri tələbini təkrarlaması gözlənilir.

Fidanın terror təhlükəsinə qarşı birgə mübarizənin NATO-nun cənub cinahı və Avropa üçün təhlükəsizliyin əsas elementi olduğunu vurğulayacağı gözlənilir.

P.ƏMİRCANOV
XQ

Dünya