Kreml Vladimir Putinin iyunun 18-19-da Şimali Koreyaya dövlət səfəri edəcəyini açıqlayıb. Bundan sonra dövlət başçısı iyunun 19-20-də Vyetnama səfər edəcək.
“KXDR-in dövlət işləri üzrə sədri Kim Çen Inın dəvəti ilə Vladimir Putin iyunun 18-19-da Koreya Xalq Demokratik Respublikasına dost dövlət səfəri edəcək”, - Kremlin bəyanatında deyilir.
Prezident Hanoyda Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquyen Phu Tronq, prezident To Lam, baş nazir Fam Min Tinh və Milli Assambleyanın sədri Tran Than Man ilə görüşəcək.
“Vedomosti” mənbələri daha əvvəl prezidentin yaxın vaxtlarda KXDR və Vyetnama səfər edəcəyini bildirmişdilər. Vladimir Putinin KXDR-ə səfəri ilə bağlı razılaşma daha əvvəl - 2024-cü il yanvarın 21-də Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Xinin Rusiyaya səfəri zamanı bağlanıb.
İyunun 12-də Şimali Koreya lideri Kim Çen In Rusiya Günü münasibətilə Vladimir Putinə təbrik ünvanlayıb. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya KXDR ilə əməkdaşlığı inkişaf etdirməyə davam edəcək və bu hüquq heç kim tərəfindən mübahisələndirilə bilməz.
S.ELAY
XQ