Yaşar Gülər Brüsseldə Lloyd Ostinlə görüşüb

post-img

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Pentaqon rəhbəri Lloyd Ostin ilə görüşüb. Məlumatı “Anadolu” verib. 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, Gülər ​​Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısında iştirak edib.

Brüsseldə ikinci gün baş tutan görüş başlamazdan əvvəl türkiyəli nazir ABŞ Müdafiə Nazirliyinin rəhbəri və müttəfiq ölkələrdən olan digər həmkarları ilə danışıq aparıb.

P.ƏMİRCANOV
XQ

Dünya