Fransa prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərin nəticələrindən sonra ölkə parlamentini, yəni Milli Assambleyasını buraxıb və növbədənkənar parlament seçkiləri elan edib. Onlar iyunun 30-u və iyulun 7-nə planlaşdırılıb. Bu gün, iyunun 9-da Fransada və digər Avropa ölkələrində Avropa Parlamentinə seçkilər keçirilib: seçkilərdə Marin Le Penin "Milli Birlik" partiyasının gənc sədri Jordan Bardell liderlik edir. Fransa prezidenti sonuncu dəfə parlamentin aşağı palatasını 1997-ci ildə buraxıb.
Bu seçkidə sağçıların qələbəsindən sonra Emmanuel Makron deyib: “Bu günün sonunda heç nə olmamış kimi davrana bilməyəcəm. Bu vəziyyətə son illərdə ölkəmizdə ictimai və parlament müzakirələrinə səbəb olan "qızdırma" da əlavə olunur”.
Bundan əvvəl Jordan Bardell Fransa parlamentinə növbədənkənar seçkilərin keçirilməsinə çağırıb. "Biz təntənəli şəkildə ondan xahiş edirik ki, bu yeni siyasi reallığı bildirsin... və yeni parlament seçkiləri təşkil etsin",— deyə J.Bardell Avropa parlamentinə seçkilərin ilkin nəticələrinin dərc olunmasından sonra partiyasının tərəfdarları qarşısında çıxış edərkən bildirib.
Fransada seçicilərin 52,5 faizi seçkilərdə iştirak edib. Avropa seçkilərində belə yüksək səviyyədə iştirak 1994-cü ildən bəri ölkədə müşahidə olunmayıb. Nəticələrin ilk təxminlərinə görə, "Milli Birlik" üzvləri öndədirlər.
S.ELAY
XQ