Süni intellekt qəlbimizi oxuyur

post-img

Fin alimləri süni intellektə insan düşüncələrini oxumağı öyrədiblər. Belə ki, Helsinki Universitetində çalışan alimlərin süni intellektə insan düşüncələrini öyrətmə sınağı uğurlu olub.

Fin alimləri bildiriblər ki, bu sistem beyin siqnallarını təhlil edərək vizual qavrayışı simulyasiya etməyə qadirdir. Qeyd olunur ki, süni intellekt insan şüurunda yaranan şəkillərlə bağlı əvvəllər elmə məlum olmayan məlumatları ötürə bilib. Alimlərin fikrincə, yeni texnologiya beyin-kompüter interfeysinə əsaslanır.

Yeri gəlmişkən, əvvəllər belə bir metodla işləyən, təcrübə keçən sistemlər beyinlə kompüter arasında mövcud olan yalnız birtərəfli əlaqəni təmin edə bilirdi. Helsinki Universitetinin neyrotexnologiya sahəsində yeni nailiyyəti və yerli alimlərin qeyri-adi kəşfi elm aləmində belə texnologiyaların imkanlarını xeyli genişləndirəcək.

Sonda bildirək ki, ilk dəfə Finlandiya alimləri tərəfindən həyata keçirilən belə bir elmi yenilik süni intellektdən istifadə etməklə beyin siqnallarını, həmçinin kompüter təqdimatını eyni vaxtda modelləşdirən ilk elmi araşdırmadır.

XQ

 

Dünya