Qəzza zolağı ərazisi azaldılmadan gələcək Fələstin dövlətinin tərkib hissəsi olaraq qalmalıdır. Bu barədə BMT-nin Yaxın Şərq Sülh Prosesi üzrə xüsusi koordinatoru Tor Vennesland Təhlükəsizlik Şurasında çıxışı zamanı İsrail-Fələstin münaqişəsinə son qoyulması üçün şərtləri sadalayarkən bildirib. Məlumatı “Anadolu” verib.
BMT-nin mətbuat xidmətinin məlumatına görə, Vennesland bütün tərəfləri Fələstin administrasiyasının Qəzzada oynamalı olduğu kritik rolu tanımağa və onun geri qaytarılmasını təmin etməyə çağırıb: “Başqa etibarlı alternativ yoxdur”.
BMT koordinatoru bildirib ki, atəşkəs və məhbusların azad edilməsi üzrə danışıqlar dalana dirənib və Qəzzalılar çıxılmaz vəziyyətdədir - İsrailin Rəfah və onun ətrafına kütləvi hücuma başlaması ilə vəziyyət daha da pisləşir.
P.ƏMİRCANOV
XQ