İrlandiyanın baş naziri Saymon Harris bildirib ki, onun ölkəsi İspaniya və Norveçlə birlikdə Fələstini dövlət kimi tanıyır. Məlumatı “İnterfaks.ru” verib.
Harris deyib: “Bu gün İrlandiya, Norveç və İspaniya Fələstin dövlətini tanıdığımızı elan edirlər”. O, Dublində bunu “Fələstin üçün tarixi gün” adlandırıb.
“Əminəm ki, digər ölkələr də növbəti həftələrdə bu mühüm addımı atacaqlar”, - Harris əlavə edib.
İspaniyanın baş naziri Pedro Sançes də Madridin Fələstini mayın 28-də tanıyacağını təsdiqləyib.
Bu gün Norveç hökuməti Fələstini müstəqil dövlət kimi tanımaq barədə qərarını açıqlayıb.
P.ƏMİRCANOV
XQ