Türkiyə Milli Müdafiə Nazirliyi İraqın şimalında həyata keçirdiyi Pənçə-Kilit (Pəncə-Qala) əməliyyatı bölgəsində 6 PKK terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb. Məlumatı “Anadolu” verib.
Müdafiə Nazirliyi qeyd edib ki, Türkiyə Silahlı Qüvvələri terrorla mübarizəni ən qəti şəkildə davam etdirəcək.
Türkiyə XİN-in bununla bağlı bəyanatında deyilir: “Əməliyyatlarımızı sürəti azaltmadan ən qətiyyətli və israrlı şəkildə həyata keçirməyə davam edəcəyik”.
Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, PKK yaraqlılarının Türkiyədə ilk dəfə qanlı cinayət törətdiyi 1984-cü ildən 2020-ci ilin mart ayına qədər 7500 türk təhlükəsizlik qüvvəsi və 6800 dinc sakin bu qanlı təşkilatın əli ilə həlak olub.
ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.
P.ƏMİRCANOV
XQ