Türkiyə mikroavtobus qəzaya uğrayıb

post-img

Türkiyənin Fəthiyyə-Muğla yolunda məktəbliləri daşıyan avtobusun qəzaya uğraması nəticəsində 25 nəfər xəsarət alıb. Bu barədə mayın 11-də TRT Haber məlumat yayıb.

Qəza nəticəsində sürücü, iki müəllim və 22 şagird xəsarət alıb. Onların hamısının vəziyyəti qənaətbəxşdir, həyatları üçün təhlükə yoxdur.

Hadisə yerindən çəkilən fotolarda mikroavtobusun xəndəyə çırpılaraq aşdığı görünür. Hazırda nəqliyyat vasitəsinin hadisə yerindən aparıldığı, magistral yolda hərəkətin qaydaya düşdüyü bildirilir.

Bundan əvvəl, mayın 3-də Türkiyədə sərnişin avtobusunun aşması nəticəsində 2 nəfər ölmüş, 36 nəfər yaralanmışdı.

 

P.ƏMİRCANOV

XQ

Dünya