Çindən Rusiya və Belarusa dəmir yolu daşıma tarifləri mayın 6-dan etibarən kəskin artıb. Bu barədə “İnfotrans” nəqliyyat-logistika portalı ekspeditor şirkətlərin məlumatlarına istinadən xəbər verir.
“Qiymətlərin qalxması Çində boş konteynerlərin sayının azalması, eləcə də Çinlə sərhədlərdə yaranan böyük tıxaclarla bağlıdır”, - portal yazır. Qiymətlər 500−800 ABŞ dolları və ya daha çox artıb. Məbləğ gediş stansiyasından asılı olaraq dəyişir.
Portal, həmçinin Çindən dəniz nəqliyyatı üçün tariflərin artdığını bildirib. Onlar gediş limanından asılı olaraq 800 ABŞ dolları ilə 1500 ABŞ dolları arasında dəyişir.
S.ELAY
XQ