Paşinyan Qarabağdan gəlmiş ermənilərə ev veriləcəyini bəyan edib

post-img

“Qarabağdan gəlmiş sakinlərə mənzillərin verilməsi proqramını qəbul edəcəyik”.

Ermənistan KİV-in məlumatına görə, bunu baş nazir Nikol Paşinyan deyib.

“Biz Dağlıq Qarabağdan məcburi köçkün düşmüş bacı və qardaşlarımıza bir neçə istiqamətdə dəstək olmaq qərarına gəlmişik. Birincisi, ev tikməkdir. İkincisi, mövcud ipoteka krediti olan şəxslərə ev verməkdən ibarətdir. Təbii ki, biz onlara bu istiqamətdə də dəstək verəcəyik”, – Paşinyan bildirib.

O, 6 nəfərlik ailənin 30 milyon dram dəstək almaq imkanının olacağını vurğulayıb. “Əvvəlcə azyaşlı uşaqları olan ailələrə üstünlük veriləcək”.

 

P.ƏMİRCANOV

XQ

Dünya