Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

post-img

Polşa öz qoşunlarını Ukraynaya göndərməyə hazırlaşmır, lakin Kiyevə hərbi yardımı davam etdirəcək.

AZƏRTAC xəbər verir ki, Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış bu barədə mətbuat konfransında deyib. Onun sözlərinə görə, Varşava bundan sonra da ukraynalı hərbçilərə təlim keçməyə davam edəcək və müxtəlif koalisiyalar çərçivəsində Ukraynaya silah tədarükü həyata keçirəcək.

Qeyd edək ki, bir müddət öncə Fransa Prezidenti Emmanuel Makron Britaniyanın “The Economist” jurnalına müsahibəsində Rusiya ordusunun cəbhə xəttini yarıb keçəcəyi təqdirdə Ukraynaya qoşun göndərilməsinin mümkünlüyünü bəyan edib. O deyib ki, bəzi ölkələr Parisin bu məsələyə yanaşmasını başa düşüb və onun mövqeyi ilə razılaşıblar.

Polşa Müdafiə Nazirliyi Ukraynaya hərbçi göndərmək niyyətində olmadığını dəfələrlə bildirib. Buna baxmayaraq, ölkənin xarici işlər naziri Radoslav Sikorski Fransa liderinin təşəbbüsünü yüksək qiymətləndirdiyini vurğulayıb.

Makronun açıqlamasını şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə öz növbəsində bu ideyanı çox təhlükəli adlandırıb.

Dünya