Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. Bu barədə mayın 6-da Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib. Məlumatı “İzvestiya.ru” verib.
Baş nazirin andiçmə mərasiminə Moskvaya gedəcəyi ilə bağlı suala o, mənfi cavab verib: “Düşünürəm ki, biz sədr kimi Aİİ-nin (Avrasiya İqtisadi İttifaqı - red.) iclasında iştirak etməliyik”, - deyə o bildirib.
Bundan əvvəl, aprelin 19-da Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, Rusiya Ermənistanı özünün müttəfiqi hesab edir və bu, təkcə hüquqi mənada deyil. İrəvan Moskvanın təhlükəsizliyi və inkişafı üçün əhəmiyyətini anlayır. Bundan əvvəl, aprelin 18-də Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova diqqəti Qərbin İrəvana Qafqazda “yanğın törətmək” aləti rolu verdiyinə və Rusiya Federasiyası ilə Ermənistan arasında əlaqələrin qırılmasına yönəldiyinə yönəltmişdi. .
P.ƏMİRCANOV
XQ