Qırğızıstan Prezidenti Sadır Japarov mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradını izləmək üçün Rusiyaya işgüzar səfərə gedəcək . Bu barədə mayın 6-da Qırğızıstan Prezidenti Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Muratbek Azımbakiyevə istinadən “İzvestiya.ru” xəbər verir.
Onun sözlərinə görə, Qırğızıstan lideri Avrasiya İqtisadi İttifaqının (Aİİ) mayın 8-də keçirilməsi planlaşdırılan yubiley sammitində də iştirak edəcək.
“Bir sıra mühüm qərarların və sənədlərin, o cümlədən bir tərəfdən, Aİİ və üzv dövlətlərlə elektron informasiya mübadiləsinə dair, digər tərəfdən, Vyetnam Sosialist Respublikası ilə malların mənşəyinin sertifikatlaşdırılması və yoxlanılması üzrə elektron sistem çərçivəsində protokol layihəsinin təsdiqi planlaşdırılır. Bundan əlavə, “Avrasiya İqtisadi İttifaqının 10 illiyi” medalının təsis edilməsi nəzərdə tutulur”, - Azımbakiyev bildirib.
P.ƏMİRCANOV
XQ