Braziliyada daşqınlar: 78 nəfər həlak olub, 105 nəfər itkin düşüb

post-img

Aprelin 29-dan bəri Braziliyanın cənubunda Rio Qrande-du-Sul əyalətində güclü yağış və daşqınlar nəticəsində 78 nəfər ölüb, 105 nəfər itkin düşüb.

Bu barədə yerli hakimiyyət orqanlarının açıqlamasında bildirilir. Məlumatda 155 nəfərin yaralandığı, 107 mindən çox insanın təhlükəsiz yerə təxliyə edildiyi qeyd olunur. Rio Qrande-du Sul əyalətinin qubernatoru Eduardo Leyte ərazidəki vəziyyəti "müharibə səhnəsinə" bənzədib.

Mülki Müdafiə agentliyinin məlumatına görə, Porto Aleqre əyalətinin paytaxtında 780 minə yaxın sakin daşqınlardan zərər çəkib, minlərlə insan evlərini qayıqlarla tərk etmək məcburiyyətində qalıb.

Xatırladaq ki, 2023-cü ildə qeydə alınan ekstremal hava şəraiti regionda 100-dən çox insanın ölümünə səbəb olmuşdu.

Hadisə