Londonda insanlara qılıncla hücum edən saxlanılıb

post-img

Bu gün səhər Londonda qılıncla yoldan keçənlərə və polis əməkdaşlarına hücum edən şəxs həbs edilib. Məlumatı “Sky News”ə istinadən “İzvestiya.ru” verib.

Hadisə paytaxtın Haynaut qəsəbəsində, metro stansiyasının yaxınlığında baş verib. Bir nəfər küçədə yoldan keçənlərə və iki polis əməkdaşına hücum etməyə çalışıb. Beş nəfər xəsarətlə xəstəxanaya yerləşdirilib.

Hücum edən şəxs saxlanılıb. Hazırda onun 36 yaşlı kişi olduğu bildirilir. Onun hərəkətlərinin motivləri barədə məlumat verilmir.

Polis hadisənin terrorla əlaqəsi olmadığını düşünür. Ərazi polis tərəfindən mühasirəyə alınıb, bəzi küçələr maşınlar hərəkəti üçün bağlanıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya