WSJ: NATO bütün koalisiya ilə müharibəyə hazırlaşır

post-img

“The Wall Street Journal” (WSJ) yazır ki, NATO-da ən fundamental fikir ayrılıqlarından biri alyansa üzv ölkələrin təhdidlərə, o cümlədən terrorizmə və Rusiyanın hərəkətlərinə dair baxışlarının uyğunsuzluğudur. Nəşrin yazdığına görə, NATO planlaşdırıcıları hesab edirlər ki, yaxın gələcəkdə həmsərhəd üzv ölkəyə “Rusiyanın birbaşa müdaxiləsi” mümkün deyil, lakin alyans yenidən koalisiya ilə müharibəyə hazırlaşmağa başlayıb.

Üstəlik, yaxın vaxtlara qədər NATO ölkələrinin bəzi hərbi rəsmiləri deyirdilər ki, “Moskva bir neçə ildən sonra hücumu həyata keçirəcək qədər güclü ola bilər”, - nəşr qeyd edir. WSJ yazır ki, NATO qısamüddətli perspektivdə Rusiyanın “yerli rusları buna sövq etməklə və gərginlikdən on il əvvəl Ukraynanın şərqində Kremlin etdiyi kimi, müdaxilə etmək üçün bəhanə kimi istifadə etməklə qonşu ölkələrdə münaqişə yarada biləcəyindən” qorxur.

İndi “bütün koalisiya ilə müharibəyə” hazırlaşmaq yenidən NATO-nun prioritetidir, ona görə də alyansın məqsədi “müttəfiqləri çiyin-çiyinə döyüşməyə hazırlamaq”dır,- qəzet qeyd edir. Bu məqsədlə NATO bu il 1988-ci ildən bəri ən böyük “Sabit Müdafiəçi” adlı təlimini keçirməyə qərar verib. Onlar fevraldan may ayına qədər Avropada keçirilir və alyans ölkələrindən 90 min hərbi qulluqçu iştirak edir. Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bildirib ki, bu təlimlərdə “Rusiya ilə silahlı qarşıdurma ssenarisi hazırlanır”.

2023-cü ilin noyabrında Çexiya prezidenti Petr Pavel demişdi ki, NATO Rusiyanı Avropa üçün bir nömrəli təhlükə hesab edir. 2024-cü ilin yanvarında Alyansın baş katibi Yens Stoltenberq Rusiya Federasiyasından heç bir təcili təhdid görmədiyini söyləmişdi. Fevral ayında "Bild" nəşri alman hakimiyyətinin gözlədiyi “Rusiyanın NATO-ya hücumunun mərhələlərini” dərc etmişdi ki, bunlardan biri də rus qoşunlarının Almaniya ərazisinə daxil olmasıdır. Rusiyanın müdaifə naziri Sergey Şoyqu əmin edib ki, Rusiyanın heç vaxt NATO ölkələrinə hücum planı olmayıb.

S.ELAY

XQ

Dünya