Türkiyə və Yunanıstan XİN başçılarının görüşü

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda Yunanıstanın xarici işlər naziri Giorgos Yerapetritis ilə görüşüb. Məlumatı “Anadolu” yayıb. 

Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Öncü Keceli sosial şəbəkədə məlumat verib.

“Yunanıstanın baş naziri Kiriakos Mitsotakisin qarşıdakı dövrdə Ankaraya səfərinə hazırlıq çərçivəsində Türkiyə və Yunanıstanın xarici işlər nazirləri bu gün Londonda görüşüblər. Görüşdə ikitərəfli münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələlər də müzakirə edilib”, - deyə məlumatda bildirilir.

 

P.ƏMİRCANOV

XQ

Dünya