ABŞ Rusiya Federasiyası ilə Çin arasındakı münasibətlərə müdaxiləni dayandırmalı və Ukrayna böhranında öz məsuliyyəti barədə düşünməlidir. Bu barədə aprelin 23-də ABŞ-nin dövlət katibi Entoni Blinkenin Çinə səfəri ərəfəsində keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin Şimali Amerika və Okeaniya Departamentinin nümayəndəsi bildirib.
“Birləşmiş Ştatlar Çin və Rusiya arasında normal dövlətlərarası münasibətləri ləkələməməli, bloklar arasında qarşıdurma yaratmamalı və Çini günahlandırmamalıdır", - Çin Mərkəzi Televiziyası onun sözlərindən sitat gətirib.
O, həmçinin Vaşinqtonu Çin şirkətlərinə və fiziki şəxslərə qarşı birtərəfli sanksiyaları dayandırmağa çağırıb.
Bundan əlavə, diplomat bildirib ki, ABŞ Tayvanı silahlandırmaqdan və Çinin daxili siyasətinə qarışmaqdan əl çəkməlidir. Onun sözlərinə görə, Tayvan məsələsi Çin-ABŞ münasibətlərində keçilməsi mümkün olmayan əsas qırmızı xəttdir.
P.ƏMİRCANOV
XQ