Pakistanda avtobusun qəzaya uğraması 17 sərnişinin həyatına son qoyub

post-img

Pakistanın cənub-qərbində Bəlucistan əyalətinin Lasbela dairəsində avtobusun sürücüsü idarəetməni itirib və maşın yarğana düşüb. 

     Pakistan mətbuatının yaydığı məlumata görə avtobusun qəzaya uğraması nəticəsində 17 sərnişin həlak olub, daha 16-sı müxtəlif dərəcədə bədən xəsarəti alıb.

     Xəstəxanaya yerləşdirilən 16 nəfərin 15-nin vəziyyətinin ağır olduğu bildirilir. 

     Bəlucistan əyalətinin baş naziri Sarfraz Buqti qəzada ölənlərin ailələrinə başsağlığı verib. 

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

İslamabad       

Dünya