Makron Fransa hərbi-sənaye kompleksini müharibə iqtisadiyyatına keçidi sürətləndirməyə çağırıb

post-img

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkənin hərbi sənaye kompleksi hərbi iqtisadiyyata keçidi sürətləndirməlidir. Onun sözlərinə görə, həm Ukraynanı, həm də Fransanı qorumaq üçün daha çox silah istehsal edilməlidir.

“Müharibə iqtisadiyyatına keçid indi zəruridir. Avropanın hər yerində hərbi xərclər və müdafiə sifarişləri artır”, - deyə Makron Bergerac şəhərində barıt zavodunun tikintisinə başlanılması mərasimində bildirib. Onun çıxışı BFMTV tərəfindən yayımlanıb.

O əlavə edib ki, Avropada hərbi xərclər və sifarişlər artır. Emmanuel Makron bildirib ki, Fransada 2022-ci ildə yenidən prezident seçildikdən sonra bu rəqəm iki dəfə artıb.

Mart ayında Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Avropa İttifaqı Ukraynada hərbi əməliyyatlar başlayandan bəri müdafiə istehsalını 50% artırıb. Elə həmin ay Avropa Komissiyası Avropa müdafiə sənayesinin inkişafı çərçivəsində sursat istehsalını artırmaq üçün 500 milyon avro ayrılmasını təsdiqləyib.

S.ELAY

XQ

 

Dünya