Qazaxıstanda sel və daşqınlar nəticəsində köçürülənlərin sayı 86 min nəfərə çatıb

post-img

Sel və daşqınlarla bağlı Qazaxıstanın Aktübə, Kustanay, Pavlodar, Akmola, Atırau, Şimali Qazaxıstan, Qərbi Qazaxıstan, Ulutay vilayətlərində yerli əhəmiyyətli fövqəladə vəziyyət rejimi elan olunub. Ümumiyyətlə isə ölkənin on vilayəti təbii fəlakət zonası elan edilib. 

Təbii fəlakət zonalarından müvəqqəti yaşayış məntəqələrinə köçürülənlərin sayı 86 min nəıfərə çatıb. Bunların 2823 nəfəri helikopterlər vasitəsi ilə xilas olunub. 

Ölkənin on vilayətində 1000-dən çox fərdi ev su altında qalıb, nəqliyyat infrastrukturları, yollar və körpülər yararsız hala düşüb və ya zədələnib.

Bu haqda Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.  

Məlumatda qeyd edilir ki, qəza-xilasetmə işlərinə 1300 texnika, 7 helikopter, 23 min adam cəlb olunub. 

Daşqınlar nəticəsində öz evlərini tərk edənlərə 134 ton humanitar yardım çatdırılıb. 

Qazaxıstan Prezidenti Kasımcomart Tokayev televiziya ilə ölkə əhalisinə müraciətində bildirib ki, bu daşqınlar son 80 ildə öz əhatə dairəsinə və vurduğu zərərə görə ən böyük təbii fəlakətdir. 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Astana        

 

 





Dünya