Türkiyə Fələstinə 45 min tondan artıq yardım göndərib

post-img

Türkiyə bu günə qədər həcmi 45 min tondan artıq humanitar yardım göndərməklə Fələstin xalqına dəstəyini nümayiş etdirib. Bu barədə Prezident Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə videomüraciətində bildirib. Məlumatı “Anadolu” verib.  

“Qəzza zolağında axan qan dayanana və fələstinli qardaşlarımız 1967-ci il sərhədlərinə əsaslanan, paytaxtı Şərqi Qüds olan azad Fələstin dövlətini alana qədər dəstəyimizi davam etdirəcəyik”, - Türkiyə lideri vurğulayıb.

Ərdoğan qeyd edib ki, 7 oktyabrdan sonra Qəzza “bütün bəşəriyyətin vicdanında” qanayan yaraya çevrilib: “Biz xəstəxanalar, məktəblər, kilsələr və məscidlər qəsdən bombalananda qəddarlıq səhnəsi ilə üzləşdik, hətta müharibə zamanı belə onlara toxunmaq olmaz”.

Türkiyə lideri xatırladıb ki, İsrailin hücumları nəticəsində 33 min fələstinli həlak olub, 75 mindən çox insan isə yaralanıb.

Dövlət başçısı həlak olanlara başsağlığı verib, yaralıların tezliklə sağalmasını arzulayıb.

 

P.ƏMİRCANOV

XQ

Dünya