Qazaxıstan və Rusiya prezidentləri arasında telefon danışığı

post-img

Bun gün Qazaxıstan və Rusiya prezidentləri Kasım-Jomart Tokayev və Vladimir Putin arasında telefon danışığı olub. Xəbəri “Anadolu” verib. 

Dövlət başçıları ikitərəfli çoxşaxəli əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Liderlər həm də sərhədyanı rayonlardakı daşqın vəziyyətini müzakirə edib və iki ölkə hökumətlərinə təbii fəlakətlərə qarşı mübarizədə əməkdaşlığı gücləndirməyi tapşırıblar.

Həmsöhbətlər Qazaxıstan-Rusiya münasibətlərinin strateji tərəfdaşlıq ruhunda ənənəvi dinamik inkişafını qeyd edib, regional və beynəlxalq gündəlikdəki cari məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Kremlin mətbuat xidməti bildirib ki, Rusiya və Qazaxıstanın sərhədyanı rayonlarındakı ağır daşqın vəziyyəti ətraflı müzakirə olunub. 

Həmçinin Rusiyanın Müstəqil Dövlətlər Birliyində sədrliyi və Qazaxıstanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına sədrliyi kontekstində beynəlxalq və regional məsələlərin bəzi aspektlərinə toxunulub.

Rusiya-Qazaxıstan müttəfiqlik münasibətlərinin daha da hərtərəfli möhkəmləndirilməsinə qarşılıqlı sadiqlik təsdiqləndi.

 

P.ƏMİRCANOV

XQ

Dünya