Orskda 38 ərazi su altındadır

post-img

Ən çətin daşqın vəziyyəti Orsk şəhərinin Sovetski rayonundadır. Ümumilikdə, şəhərin 38 ərazisi su altında qalıb. Bu barədə Orsk şəhərinin rəhbəri Vasili Kozupitsa bildirib. Məlumatı TASS yayıb. 

“Ən çətin vəziyyət Sovetski rayonundadır, su qalxır. Lesotorqovı kəndinin sakinləri təxliyyə olunmağa başlayıb. Ümumilikdə 38 ərazini su basıb. Operativ məlumatlara görə, daşqın zonasında 6689 yaşayış binası var. O cümlədən, 133 çoxmənzilli yaşayış binası, 25 məktəb və uşaq bağçası, 9 tibb müəssisəsi, 9 mədəniyyət obyekti, 27 təsərrüfat obyekti mövcuddur”.

Şəhər rəhbəri əlavə edib ki, vətəndaşlar üçün 12 395 nəfərin yerləşdirilməsi üçün hazır olan 16 müvəqqəti yerləşdirmə mərkəzi yaradılıb. Müvəqqəti saxlama yerlərində 1375 şəhər sakini var və onların sayı getdikcə artır. Burada psixoloqlar, sosial işçilər çalışır, könüllülər kömək edir.

P.ƏMİRCANOV
XQ

Dünya