Qazaxıstanın on rayonunda fövqəladə vəziyyət elan edilib

post-img

Qazaxıstanın on rayonunda fövqəladə vəziyyət elan edilib. Bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikada daşqınlar səbəbindən yaranmış ağır vəziyyətlə bağlı xalqa müraciətində bildirib. Məlumatı Qazaxıstan liderinin saytına istinadən “Anadolu ”məlumat verib.

“Təbii fəlakət baş verib, buna bənzər hadisələr uzun illər görünməyib. Ola bilsin ki, bu, miqyası və nəticələri baxımından son 80 ildən bəri ən böyük fəlakətdir. Daşqınlar səbəbindən ölkənin on rayonunda (Abay, Akmola, Aktobe, Atırau, Qərbi Qazaxıstan, Qaraqanda, Kostanay, Pavlodar, Şimali Qazaxıstan və Ulıtau vilayətləri) fövqəladə vəziyyət elan edilib”, - Tokayev bildirib.

Onun sözlərinə görə, hökumət daşqının nəticələrini azaltmaq üçün səyləri gücləndirib və baş nazirin rəhbərliyi ilə respublika qərargahı yaradılıb.

“Fəlakətlə mübarizəyə Fövqəladə Hallar Nazirliyinin, eləcə də Daxili İşlər Nazirliyinin, Milli Qvardiyanın, Silahlı Qüvvələrin və Milli Təhlükəsizlik Komitəsinin bütün qüvvələri səfərbər edilib. Zərər çəkmiş rayonların əmirlikləri gecə-gündüz işləyir və bir neçə on minlərlə könüllü onlara yerlərdə böyük köməklik göstərir. Vəziyyət çətindir, amma ümidsizliyə qapılmaq lazım deyil, bu vəziyyəti düzəldəcəyik. Əsas odur ki, insan tələfatının qarşısı alınsın”, - deyə dövlət başçısı vurğulayıb.

Tokayev qeyd edib ki, bütün zərərçəkənlərə maddi və digər zəruri yardımlar göstəriləcək, bütün maddi itkilər ödəniləcək.

P.ƏMİRCANOV

XQ

Dünya