İntel Rusiyadakı ən böyük ofisini satdı

post-img

Amerikanın İntel korporasiyası 2020-ci ildə Nijni Novqorodda açılan Rusiyadakı ən böyük ofisini satıb. TASS buna diqqət çəkib. Agentlik mənbəsinin sözlərinə görə, şirkət uzun müddət idi ki, regional ofis üçün alıcı axtarırdı.

Hesabatlardan göründüyü kimi, əməliyyat 2024-cü ilin yanvarında tamamlanıb. Alıcı göstərilməyib. TASS-ın həmsöhbəti də alıcının adını açıqlamayıb. Sövdələşməyə binanın özü, eləcə də torpaq sahələri daxildir. 2023-cü ilin sonuna olan məlumata görə, İntel-in iki hüquqi şəxsin daxil olduğu Rusiya bölməsində iki nəfər işləyirdi. Əvvəllər korporasiyanın Rusiyada 1,2 min işçisi var idi.

Nijni Novqorodda İntel Rusiyada tədqiqat və inkişaf mərkəzi olan RnD ofisinə sahib idi. Buraya, həmçinin platformalararası proqram təminatı və süni intellekt həllərinin inkişafı üçün bölmələr daxil idi.

Xatırladaq ki, İntel Rusiyadakı fəaliyyətini 2022-ci ilin aprelində dayandırıb.

S.ELAY

XQ

Dünya