Tokayev: Separatizm, terrorizm və ekstremizmə qarşı əməkdaşlıq proqramı qəbul etməliyik

post-img

Rusiya və Qazaxıstanın xüsusi xidmət orqanları Moskva yaxınlığındakı Crocus City Hall-da baş vermiş terror aktından sonra antiterror sahəsində əməkdaşlıq məsələləri ilə bağlı daimi təmasdadırlar. Bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri ilə görüşündə deyib. Məlumatı “Anadolu” verib. 

Tokayev qeyd edib ki, Qazaxıstan dərhal terror aktını kəskin şəkildə pisləyib və Rusiya ilə həmrəy olduğunu bildirib: “Moskva vilayətində baş vermiş terror aktı bütün dünya ictimaiyyəti, o cümlədən bu gün təmsil etdiyiniz ölkələr tərəfindən qətiyyətlə pislənir. BMT Təhlükəsizlik Şurası bütün günahkarların məsuliyyətə cəlb edilməsinin vacibliyini və terrorizmlə mübarizədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb. Əsas odur ki, düzgün nəticə çıxaraq və lazımi əməli tədbirlər görək. Vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək və terror təhlükəsinə layiqli cavab vermək lazımdır”.

Prezident xatırladıb ki, Şanxay Təşkilatı vaxtilə “üç şər qüvvəsinə” birgə müqavimət göstərmək üçün regionda sabitlik və təhlükəsizliyi təmin etmək üçün yaradılıb.

Bundan əlavə, Tokayev terrorizm, separatizm və ekstremizmə qarşı mübarizə üzrə 2025-2027-ci illər üçün Əməkdaşlıq Proqramının qəbul edilməsinin zəruriliyini bəyan edib, həmçinin ŞƏT-in 2024-2029-cu illər üçün Narkotiklərlə Mübarizə Strategiyasının və onun həyata keçirilməsi üzrə Fəaliyyət Proqramının qəbul edilməsinin vacibliyini qeyd edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya