İstanbulda otelə hücum olub

post-img

İstanbulun Küçükçekmece rayonunda naməlum şəxslər otelə silahlı basqın ediblər.

Yerli vaxtla saat 00:30 radələrində uzun lüləli silahlardan dörd mərtəbəli otel binasına atəş açılıb. Bir neçə güllə yoldan keçən avtobusa dəyib. Hücum edənlər qaça biliblər. Onların məqsədləri və motivləri məlum deyil. Məlumatı “İzvestiya.ru” verib. 

Güllələr otel binasına dəysə də, xəsarət alan olmayıb. Polis dərhal hadisə yerində təhlükəsizlik səviyyəsini artırıb və şübhəliləri axtarışa verib.

Xatırladaq ki, yanvarın 28-də də İstanbulda Müqəddəs Məryəm kilsəsinə hücum olub. Naməlum maskalı şəxslər namaz zamanı camaata atəş açıblar. Nəticədə bir Türkiyə vətəndaşı ölüb, bir neçə nəfər yaralanıb. Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. Həmin gün Türkiyə hücumçulardan birinin həbs olunduğunu açıqlayıb. Ertəsi gün İstanbulda katolik kilsəsində baş verən atışmadan sonra saxlanılanların sayının 51 nəfərə çatdığı bildirilib.

P.ƏMİRCANOV
XQ

Dünya