Tayvanda 7,5 maqnitudalı zəlzələ baş verib

post-img

Tayvanın Hualien qraflığında baş verən zəlzələ son 25 ildə adada ən güclü təbii fəalkət olub. Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, təkanların maqnitudası bəzi yerlərdə 7,7-yə çatıb.

“The Guardian” qəzetinin aprelin 3-də qeyd etdiyi kimi, bu, adada binaların dağılmasına, elektrik enerjisinin kəsilməsinə və sürüşmələrə səbəb olub, həmçinin Yaponiyanın cənubunda və Filippində artıq xəbərdarlıq almış sunamiyə səbəb ola bilər.

Hualien qraflığında zəlzələ qurbanlarının sayı 7-yə çatıb. 700 nəfər xəsarət alıb. Bu barədə aprelin 3-də Reuters ada hökumətinə istinadən yazıb. Həmin gün səhər saatlarında Tayvan sahillərində maqnitudası 7,5-ə çatan bir sıra güclü zəlzələlər baş verib.

Statistikaya görə, Hualien qraflığında yeraltı təkanlar adanın digər ərazilərinə nisbətən daha tez-tez baş verir. Bundan əvvəl, 21 sentyabr 1999-cu ildə Jiji şəhərində 7,6 bal gücündə zəlzələ qeydə alınmış, nəticədə 2,4 min nəfər həlak olmuş, daha 10 min nəfər yaralanmışdır. 

P.ƏMİRCANOV
XQ



Dünya