Lukaşenko: Belarus müharibəyə hazırlaşır

post-img

Belarus döyüşmək istəmir, amma müharibəyə hazırlaşır. Bu barədə aprelin 2-də ölkə prezidenti Aleksandr Lukaşenko məlumat verib. Xəbəri “İzvestiya.ru” verib. 

“Bizim döyüşmək istədiyimizə inanmayın. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. “Sülh istəyirsənsə, müharibəyə hazırlaş”. Bunu mən düşünməmişəm. Bu, çox düzgün deyilib”, - o, Qrodnoya səfəri zamanı deyib. 

BELTA agentliyinin məlumatına görə, Lukaşenko qeyd edib ki, ölkədə bölmələr hazırlanır, silahlı qüvvələrə müxtəlif növ silah və texnika verilir. Eyni zamanda o, bəyan edib ki, əgər dost olmayan ölkələr Belarusu tənqid edirsə, bu, o deməkdir ki, ölkə hər şeyi düzgün edir.

P.ƏMİRCANOV
XQ

Dünya