Trampın "Truth Social" sosial şəbəkəsi birjaya çıxacaq

post-img

ABŞ-ın sabiq prezidenti Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsinin IPO-nu keçirmək niyyətindədir. Trump Media & Technology Group-un sahibi olan şirkətin səhmləri gələn həftədən etibarən birjada ticarətə başlaya bilər. Bu barədə CNBC məlumat verir.

Səhmdarlar Trampın media holdinqinin SPAC şirkəti "Digital World Acquisition Corporation" (DWAC) ilə birləşməsini təsdiqlədikdən sonra açıq ticarət mümkün olub.

"Truth Social" 2022-ci ildə fəaliyyətə başlayıb. D.Trampın özü sosial şəbəkəni “böyük texnologiyanın zülmü” ilə mübarizə vasitəsi kimi qələmə verib.

S.ELAY

XQ

 

Dünya