Şolts: Almaniya Moskva vilayətində törədilən terror aktını pisləyir

post-img

Almaniya kansleri Olaf Şolts bildirib ki, Almaniya Moskva vilayətində "Crocus City Hall"da törədilən terror aktını pisləyir. Bu barədə o, X sosial şəbəkəsində yazıb.

“Biz Moskvada günahsız konsert tamaşaçılarına edilən dəhşətli terror aktını pisləyirik. Düşüncələrimiz həlak olanların ailələri və bütün zərərçəkənlərlədir”, - o yazıb.

Bundan əvvəl Moldova Prezidenti Mayya Sandu bəyan etmişdi ki, ölkəsi "Crocus City Hall"da törədilən terror aktını qətiyyətlə pisləyir.

Polşa Xarici İşlər Nazirliyi Varşavanın Moskva vilayətində törədilmiş terror aktından sarsıldığını bildirib, Polşa terror aktını qətiyyətlə pisləyir və səmimi başsağlığı verir.

S.ELAY

XQ

Dünya