Kuybışev Neft Emalı Zavodunda yanğın söndürülüb

post-img

Samara vilayətindəki Kuybışev Neft Emalı Zavodunda PUA zərbəsindən sonra baş vermiş yanğın söndürülüb. Bu barədə TASS-a vilayət hökumətinin mətbuat xidməti məlumat verib. Onun sözlərinə görə, yanğın yerli vaxtla saat 10:05-də söndürülüb.

Müdafiə Nazirliyi bildirib ki, bu gecə, martın 23-də Belqorod, Bryansk, Voronej və Saratov vilayətləri üzərində 12 pilotsuz uçuş aparatı vurulub. Samara vilayətinin qubernatoru Dmitri Azarov bildirib ki, PUA-lar Kuybışev və Novokuibışev neft emalı zavodlarına hücum edib. Belqorod vilayətində PUA-nın hücumu nəticəsində bir nəfər həlak olub.

S.ELAY

XQ

Dünya