"Bloomberg": Husilər Rusiya və Çin gəmilərinə hücum etməyəcəklər

post-img

"Bloomberg" yazır ki, Rusiya və Çin Yəməndəki husilərlə gəmilərinin hücumlardan qorxmadan Ədən körfəzi və Qırmızı dənizdən keçə bilməsi barədə razılığa gəliblər.

“Yəməndə yerləşən husilər Çin və Rusiyaya bildiriblər ki, onların gəmiləri Qırmızı dəniz və Ədən körfəzi üzərindən hücuma məruz qalmadan keçə bilər”, - agentliyin açıqlamasında deyilir.

Mənbələrin bildirdiyinə görə, bunun müqabilində Moskva və Pekin husilərə, xüsusən də BMT Təhlükəsizlik Şurasında siyasi dəstək verə bilər.

S.ELAY

XQ

Dünya