Belçikanın baş naziri Kiyevə hərbi yardım üçün Rusiya aktivlərindən gəlirlərin göndərilməsini dəstəkləyib

post-img

Belçikanın baş naziri Alexandr De Kroo Avropa İttifaqı rəhbərliyinin Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya silah almaq üçün istifadə edilməsi təklifini dəstəkləyib. Rusiyanın Avropada bloklanan vəsaitlərinin əksəriyyəti Belçikanın Euroclear depozitarının hesabındadır.

“Bu, yaxşı təklifdir... Düşünürəm ki, bu vəsaitlərin ilk növbədə silah alışı üçün istifadə edilməsi ideyası kifayət qədər ağlabatandır”, - cənab De Kroo Aİ sammitindən əvvəl "Reuters" agentliyinə bildirib.

Martın 20-də Avropa diplomatiyasının rəhbəri Josep Borrell Aİ ölkələrinə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin istifadəsi planını rəsmən təqdim edib. Təşəbbüsə əsasən, onların təkrar investisiyasından əldə edilən gəlirin 90%-nin Ukraynaya hərbi yardıma yönəldilməsi planlaşdırılır. Müxtəlif hesablamalara görə, məbləğ 3,3 milyard dollara çata bilər. Avropa komissarı Virginiyus Sinkeviçyus hesab edir ki, Kiyev ilk ödənişləri iyulun 1-də ala bilər.

Martın 21-də keçiriləcək Aİ sammiti ərəfəsində Avropa Komissiyası J.Borrelin təklifini bəyənib. Almaniyanın "Deutsche Velle" radiosu Avropa diplomatına istinadən Macarıstanın Ukrayna üçün silah almaq üçün vəsaitin istifadəsinə qarşı olduğunu söyləyib.

S.ELAY

XQ

 

Dünya