Makron: Krım geri qaytarılmasa, Ukraynada daimi sülh olmayacaq

post-img

Fransa prezidenti Emmanuel Makron TF1 televiziyasına müsahibəsində deyib ki, Ukrayna beynəlxalq səviyyədə tanınmış sərhədlərə, o cümlədən Krım ərazisinə qayıtmasa, Ukraynada daimi sülh olmayacaq.

“Əlbəttə, bu gün Rusiya düşməndir. Kreml rejimi düşməndir. Mən bunu həmişə demişəm, biz Rusiya və rus xalqı ilə müharibə aparmırıq, ancaq Ukraynanı dəstəkləyirik. Biz Ukraynanın Rusiyanı məğlub etməsinə kömək etmək üçün əlimizdən gələni edirik, çünki, sadə dillə desək, suverenlik olmasa, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərinə, o cümlədən Krımı qaytarmasa, davamlı sülhdən söhbət gedə bilməz”,- Makron deyib.

Prezident bildirib ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar Avropa və Fransa üçün ekzistensial əhəmiyyət kəsb edir. O qeyd edib ki, Rusiyanın Avropada eskalasiyası halında Qərb cavab verməyə hazır olmalıdır. Cənab Makron deyib ki, fransızların təhlükəsizliyi Rusiyanı məğlub etməkdən asılıdır. O əlavə edib ki, Rusiya Federasiyası qalib gəlsə, Avropanın nüfuzu sıfıra enəcək.

Makron bildirib ki, Rusiya ilə Ukrayna arasında hərbi əməliyyatlar Avropa və Fransa üçün ekzistensial əhəmiyyət kəsb edir. O qeyd edib ki, Rusiyanın Avropada eskalasiyası halında Qərb cavab verməyə hazır olmalıdır. Makron deyib ki, fransızların təhlükəsizliyi Rusiyanı məğlub etməkdən asılıdır. O əlavə edib ki, Rusiya Federasiyası qalib gəlsə, Avropanın nüfuzu sıfıra enəcək.

Makron qeyd edib ki, Fransa heç vaxt hücuma keçməyəcək və Avropada mümkün eskalasiyaya görə son məsuliyyət Rusiyanın üzərinə düşəcək. Bununla yanaşı, o qeyd edib ki, "seçimlər istisna edilməməlidir".

Martın 14-də “Le Monde” qəzeti Yelisey sarayındakı mənbələrə istinadən yazıb ki, Fransa hakimiyyəti 2023-cü ilin iyunundan Ukrayna ərazisinə qoşun yeritmək imkanını nəzərdən keçirir. Nəşrin məlumatına görə, 2024-cü ilin fevralında Emmanuel Makron həmsöhbətlərinə Odessaya qoşun yeritməyin mümkünlüyünü bildirib. Martın əvvəlində Makron deyib ki, Fransa hələlik qoşun göndərmək məsələsini nəzərdən keçirmir. Martın 11-də Ukrayna prezidenti Vladimir Zelenski deyib ki, onun ölkəsi hazırda fransız əsgərlərinin köməyinə ehtiyac duymur.

S.ELAY

XQ

 

Dünya