Türkiyə prezidenti İraqa səfər edəcək

post-img

“Prezident Rəcəb Tayyib Ərdoğan aprelin ayının sonlarında İraqa səfər edəcək".

Bu barədə İraqda səfərdə olan xarici işlər nazirinin müavini Əhməd Yıldız bildirib.

"İraq Xarici İşlər Nazirliyində həmkarlarımızla görüşlərimiz olacaq, əlaqələrimizi nəzərdən keçirəcəyik. Önümüzdəki dövrdə keçiriləcək nazirlər görüşü və prezidentimizin səfəri üçün hazırlıqlarımızı edəcəyik", - deyə nazir müavini bildirib.

Əhməd Yıldız qeyd edib ki, Türkiyə və İraqdan keçən İnkişaf Yolu böyük ehtiyacı ödəyəcək. “Türkiye və İraq üzərindən çəkiləcək İnkişaf Yolu böyük bir inkişaf olacaq. Bu, ehtiyacı qarşılayacaq. Layihə həyata keçirilərsə, hər iki ölkə üçün faydalı olacaqdır”, - deyə o vurğulayıb.

Anar ƏLİ

XQ

Dünya